- 15:03
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Norveçin balıqçılıq sektorunda ölkəsinə qarşı sanksiyaları "paranoyanın təzahürü" olaraq qiymətləndirib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Zaxarova Norveç hakimiyyətinin bu addımlarını şərh edərək bildirib ki, bu, yalnız paranoyanın təzahürüdür.
O qeyd edib ki, hazırda Rusiya balıqçılıq şirkətlərinin kəşfiyyat fəaliyyətlərində iştirak etdiyinə dair heç bir sübut yoxdur.
Daha sonra diplomat Norveçin hərəkətlərinin cavabsız qalmayacağını vurğulayıb və bu qərarın Rusiya tərəfindən nəzərdən keçiriləcəyini açıqlayıb.