Rusiyalı deputat sosial şəbəkələrdəki paylaşımlarına görə 7 sutka həbs edildi


  • 30 İyul 22:06

Rusiyalı deputat İvan Apostolevski sosial şəbəkədəki paylaşımına görə 7 gün müddətinə həbs edilib.

E-huquq.az xəbər verir ki, o, ekstremist təşkilatın simvollarını təbliğ etdiyinə görə cəzalandırılıb.

Deputat Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilmiş Aleksey Navalnının fotosunu sosial şəbəkələrdə dərc edib. Bu səbəbdən o, ölkənin İnzibati Xətalar Məcəlləsinin 20.3-cü (“Ekstremist təşkilatların simvollarının təbliği və ya açıq nümayişi”) maddəsi ilə ittiham olunur.

İ.Apostolevski Leninqrad vilayətinin qanunvericilik məclisində Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasını təmsil edir. 2023-cü ildə o, qanunsuz kütləvi tədbir təşkil etdiyinə görə saxlanılmışdı.

Oxşar xəbərlər