Türkiyədə meşə yanğınının qarşısı alınıb


  • 31 İyul 10:04

Türkiyənin Denizli şəhərində başlayan meşə yanğınının qarşısı alınıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Denizlinin Tavas rayonunda
meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Əraziyə Tavas Meşə Təsərrüfatı İdarəsinin qrupları göndərilib.

Yanğına altı su maşını, beş ilk müdaxilə maşını, iki tanker və 60 canlı qüvvə cəlb olunub.

Qruplar 5 saatlıq işdən sonra yanğını söndürüb.

Yanğın nəticəsində təxminən yarım hektara yaxın ərazi zərər görüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər