- 6 Avqust 22:29
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35 qırıcısı Kaliforniyada qəzaya uğrayıb.
E-huquq.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarə Kaliforniyadakı Lemur Dəniz Hava Stansiyasının yaxınlığında, yerli vaxtla saat 18:30 radələrində qəzaya uğrayıb.
Qəzadan sonra pilot sağ qalıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə