ABŞ-dən Hollandiyaya uçan təyyarə məcbur eniş edib, 25 nəfər xəstəxanaya yerləşdirilib


  • 31 İyul 11:03

ABŞ-dən Hollandiyanın paytaxtı Amsterdama uçan Delta Air Lines sərnişin təyyarəsi şiddətli turbulentliyə (hava burulğanı) düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Minneapolis-Saint Paul Beynəlxalq Hava Limanına məcburi eniş etməli olub.

Şirkətin yaydığı bəyanatda bildirilib ki, uçuşdan sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Təyyarə Minneapolisə təhlükəsiz eniş etdikdən sonra hava limanının yanğınsöndürənləri və təcili tibbi yardım qrupları sərnişinlərə və heyətə kömək etmək üçün cəlb edilib.

Təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin sayı ilə bağlı məlumat verilməyib.

Rəsmi məlumatlara görə, A330-900 təyyarələri maksimum 465 sərnişin tutumuna malikdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər