- 6 Avqust 22:29
Türkiyənin Kocaeli şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimal Mərmərə magistralının Kocaelindən keçən hissəsində sürücünün idarəetməni itirməsi nəticəsində minik avtomobili istiqamət göstərici dirəyə çırpılaraq aşıb.
Qəza nəticəsində bir ailənin 1 üzvü nəfər ölüb, 4 üzvü isə isə yaralanıb.
Hadisə yerinə jandarma və tibb qrupları, xilasedicilər cəlb edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə