- 6 Avqust 22:29
Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Arnavutköy rayonunda plastik məhsullar və süngər istehsal edən 3 mərtəbəli fabrikdə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb işçiləri, bələdiyyə su tankerləri göndərilib.
Fabrikin aşağı mərtəbəsində başlayan və sürətlə bütün binanı əhatə edən yanğın zamanı fasilələrlə partlayış səsləri eşidilib.
Hadisə zamanı fabrikə böyük ziyan dəyib.
Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə