- 6 Avqust 22:29
Türkiyənin Ankara şəhərində gecəqondu məhəlləsində yanğın hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum səbəbdən başlayan yanğın külək nəticəsində ətrafdakı gecəqondulara yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadası göndərilib.
Yanğınsöndürənlər təxminən 1 saatlıq işdən sonra yanğını nəzarət altına alıblar.
Yanğın zamanı ölən və yaralanan olmayıb.
Lakin 8 gecəqondu tamamilə yararsız hala düşüb.
Evlərdə sıxılmış vəziyyətdə qalan iki uşaq xilasedicilərin köməkliyi ilə çıxarılıb.
Şəbnəm Mehdizadə