Qəzzada ölənlərin sayı 60 mini keçdi


  • 31 İyul 14:42

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 101 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 625 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 60 min 239 nəfərə, yaralı sayı isə 146 min 894 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər