Boşanmaq istəyən arvadını bıçaqladı


  • 31 İyul 17:12

Türkiyənin Konya şəhərində kişi boşanmaq ərəfəsində olduğu həyat yoldaşını və qaynını bıçaqlayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meram rayonunda yaşayan şəxs boşanmaq üzrə olduğu həyat yoldaşı ilə danışmaq üçün Harmancık məhəlləsindəki evinə gəlib. Burada aralarında mübahisə yaranıb.

Mübahisə zamanı o, üzərində olan bıçaqla həyat yoldaşını və qaynını bıçaqlayaraq yaralayıb.

O, həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına da müqavimət göstərib.

Qısa müddət sonra həmin şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər