Əyləncə parkında faciə: attraksion yerə çırpıldı, 23 nəfər yaralandı


  • 31 İyul 17:19

Səudiyyə Ərəbistanının Taif şəhərindəki əyləncə parkında “360 dərəcə” attraksionu qəfildən xarab olub və yerə çırpılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, faciə nəticəsində 23 nəfər yaralanıb.

Yaralılardan dörd nəfərin vəziyyətinin ağır olduğu və reanimasiyada olduğu bildirilir.

Hadisədən sonra şəhərin bir neçə xəstəxanasında fövqəladə vəziyyət elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər