İranın su ehtiyatları xeyli azalıb


  • 31 İyul 17:32

İranın su ehtiyatları getdikcə azalır.

E-huquq.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki,bu barədə İran prezidenti Məsud Pezeşkian xəbərdarlıq edib.

O, Zəncan vilayətində Əyalət Planlaşdırma Şurasının iclasında çıxışında yaxın günlərdə ölkədə yarana biləcək potensial su böhranına toxunub.

"Su böhranı bu gün cəmiyyətin üzləşdiyi ən ciddi problemlərdən biridir və bütün məlumatlar göstərir ki, su ehtiyatları azalır, biz quraqlığa doğru gedirik. Su istehlakına nəzarət etməsək sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq. Tehranda su olmayacaq və ciddi problemlərlə üzləşəcəyik", - deyə prezident bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər