Ermənistanın şərqində zəlzələ baş verdi


  • 1 Avqust 00:00

Ermənistanın Martuni şəhərindən 6 kilometr aralıda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti yayıb.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 3 bal təşkil edib.

Təkanlar Martuni şəhərində, həmçinin Dzorağyux, Liçk və Vardadzor kəndlərində hiss olunub.

Oxşar xəbərlər