- 09:35
Türkiyənin Adana vilayətinin Karataş rayonunda iki ailə arasında torpaq mübahisəsi səbəbilə baş verən silahlı qarşıdurma nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təvili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaaya yerləşdirilib.
Həlak olan şəxslərin meyitləri məhkəmə-tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə