Özlərini polis kimi təqdim edib yarım kilo qızılı ələ keçirdilər


  • 1 Avqust 11:03

Türkiyənin Kocaeli vilayətində özlərini telefonda polis kimi təqdim edərək dələduzluq yolu ilə vətəndaşı aldadan və 500 qram qızılını ələ keçirən iki nəfər saxlanılıb

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Başiskele rayonunda bir şəxsin polis olduqlarını iddia edən naməlum şəxslər tərəfindən aldadılaraq 500 qram qızılının əlindən alındığına dair şikayəti əsasında araşdırmaya başlayıb.

Polis əməkdaşları araşdırma nəticəsində şübhəli şəxslərin olduğu avtomobili saxlayıb. Nəqliyyat vasitəsində aparılan axtarış zamanı Yalova vilayətində başqa bir şəxsdən eyni üsulla ələ keçirilmiş 85 min 400 ABŞ dolları məbləğində pul aşkarlanıb.

Şübhəlilər saxlanılaraq ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Burada keçirilən ilkin istintaqdan sonra onlar hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs ilə həbs edilib.

Əldə edilən pul isə hüquqi prosedurlar tamamlandıqdan sonra zərərçəkmiş şəxsə təhvil verilib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər