Oteldə yanğın: qonaqlar təxliyə olundu - FOTO


  • 1 Avqust 11:09

Türkiyənin Gümüşhanə bölgəsində oteldə yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə dərhal yanğınsöndürənlər, AFAD və polis əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və tamamilə söndürülüb.

Hadisə zamanı oteldə qalan qonaqlar sürətli şəkildə təxliyə edilib.

Yanğın nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, hadisəyə elektrik naqillərindəki nasazlıq səbəb olub.

Əraziyə baxış keçirən Gümüşhane Valisi Aydın Baruş jurnalistlərə açıqlamasında deyib: "Yanğın zamanı oteldə 5 otaqda 9 qonaq qalırdı və onlar dərhal təxliyə edilib. Oteldə çalışan 3 nəfər işçi də təhlükəsiz şəkildə çıxarılıb. Xoşbəxtlikdən ciddi bir yaralanma və ya ölüm hadisəsi baş verməyib".

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər