- 09:35
Kanadanın paytaxtı Ottavada kiçik bir təyyarə hava limanı yaxınlığında qəzaya uğrayıb.
E-huquq.az "CBC News"a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində baş verib. Qəza ilə bağlı əraziyə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb olunub.
Hazırda təyyarədə neçə nəfərin olduğu və hadisə nəticəsində xəsarət alanların olub-olmadığı ilə bağlı rəsmi məlumat verilməyib.
Ottava polisi qəzanın hava limanı yaxınlığında baş verdiyini təsdiqləyərək, təhlükəsizlik məqsədilə ərazidə bəzi yolların nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlandığını bildirib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə təyyarənin sıx meşəlik ərazidə, ağacların arasında qəzaya uğradığı əks olunur.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Şəbnəm Mehdizadə