ABŞ-da 2017-ci ildə qeydə alınan şimşək dünya rekordu qırdı


  • 1 Avqust 12:05

Dünya Meteorologiya Təşkilatı (WMO) 2017-ci ilin oktyabr ayında ABŞ-da baş verən və 829 kilometr uzunluğunda ölçülən şimşəyin indiyədək qeydə alınmış ən uzun şimşək olduğunu açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın məlumatına görə, bu rekord göstərici, həmin il ABŞ-da baş vermiş böyük bir fırtına zamanı yaranan və o dövrdə sənədləşdirilməyən bir şimşək hadisəsinin sonradan peyk və radar məlumatları əsasında təhlil olunması ilə müəyyən edilib.

Rekord uzunluğa malik olan şimşəyin Texas ştatının şərqindən başlayaraq Missouri ştatının Kansas Siti şəhərinədək uzandığı qeyd olunub. Bu məsafə təxminən Parislə Venesiya arasındakı məsafəyə bərabərdir.

WMO-nun açıqlamasında, bu şimşəyin əvvəlki dünya rekordunu geridə qoyduğu vurğulanıb. Əvvəlki rekord, 2020-ci ilin aprel ayında ABŞ-da qeydə alınmış və 768 kilometr uzunluğunda olmuşdu.

Mütəxəssislər bu cür uzun məsafəli şimşək hadisələrinin nadir hallarda baş verdiyini, lakin peyk texnologiyalarının inkişafı sayəsində daha dəqiq müşahidə və ölçmələrin mümkün olduğunu bildiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər