- 09:35
ABŞ prezidenti Donald Tramp onlarla ölkəyə yeni ticarət tarifləri tətbiq edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ticarət kəsirini azaltmaq və ABŞ-nin gəlirlərini artırmaq məqsədi daşıyır.
Ən yüksək gömrük rüsumları Suriya üçün (41%), Laos və Birma üçün (hər biri 40%) tətbiq edilib.
Ən aşağı rüsumlar (10%) Böyük Britaniya və ona məxsus Folklend adaları üçün müəyyən edilib.
Avropada ən yüksək rüsumlar isə İsveçrəyə (39%) və Serbiyaya (35%) tətbiq edilib.
Qeyd edək ki, Vaşinqtonun ayrıca danışıqlar apardığı Çin siyahıya daxil edilməyib.
Humay Eminqızı