İsrailin son hücumlarında 12 fələstinli ölüb


  • 1 Avqust 12:43

İsrail ordusu köçkünlərin yaşadığı çadırları hədəf almağa davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Məvasi bölgəsində köçkünlərin yerləşdiyi çadırı hədəf alması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Xan Yunisin qərbində, Təbəriyyə stansiyasının yaxınlığında yerləşən çadıra hücum zamanı bir qadın həlak olub, çoxlu sayda insan yaralanıb.

Eyni zamanda İsrail əsgərləri Xan Yunisin cənub bölgələrində kömək gözləyən fələstinlilərə atəş açıb. Nəticədə 3 nəfər ölüb, 73 nəfər yaralanıb.

Qəzza zolağının mərkəzi Deyr əl-Bələh şəhərində İsrailin mülki avtomobili hədəfə alması nəticəsində 4 fələstinli həlak olub, çoxlu sayda fələstinli yaralanıb.

Humay Eminqızı

Oxşar xəbərlər