Məzmuna keç

Pentaqon “Raytheon” ilə 3,5 milyard dollarlıq müqavilə bağladı

ABŞ Müdafiə Nazirliyi iri Amerika silah istehsalçısı olan “RTX Corporation”un törəmə şirkəti “Raytheon” ilə müqavilə imzalayıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, Ukraynaya və bir sıra digər ölkələrə “AMRAAM” (Advanced Medium-Range Air-to-Air Missile) tipli aviasiya raketlərinin təqdim edilməsi nəzərdə tutulur.

Müqavilənin məbləği 3,5 milyard dolları keçməməlidir.

Texnikanın istehsalının 2031-ci ilin üçüncü rübündə tamamlanacağı gözlənilir.

Tədarüklər Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə həyata keçiriləcək.

Humay Eminqızı