- 09:35
Çexiya Ukraynalı qaçqınların qəbulunu hələ də dəstəkləsə də, ölkədəki iqtisadi çətinliklər fonunda cəmiyyətdə onlara qarşı yorğunluq və narahatlıq hissi artmaqdadır.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, xüsusilə STEM agentliyinin yeni sorğusuna görə, respondentlərin 58%-i hesab edir ki, ölkə çox sayda qaçqın qəbul edib.
"İqtisadi vəziyyət pisləşərsə, ukraynalılarla birgə yaşamaq daha da çətinləşə bilər", - STEM analitiki J.Taborski bildirib.
Sorğu, həmçinin müəyyən edib ki, çexlərin 40%-i ukraynalılara dözdüyünü, lakin onların mövcudluğundan bezdiklərini deyir.
Hazırda Çexiyada təxminən 373 700 müvəqqəti qoruma almış ukraynalı yaşayır ki, bu da Almaniya və Polşadan sonra Aİ-də üçüncü göstəricidir.
Lakin adambaşına düşən qaçqın sayına görə Çexiya birinci yerdədir. Hər 1000 nəfərə 34,3 qaçqın düşür, bu da Aİ üzrə orta göstərici olan 9,5-dən xeyli yüksəkdir.
Humay Eminqızı