- 09:35
Türkiyənin Adana şəhərində 3 mərtəbəli binada pilləkən dağılaraq çöküb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın 5 mənzilində yaşayan 20 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi pilləkən vasitəsilə 20 nəfəri təhlükəsiz şəkildə binadan çıxarıb.
Ərazidə müxtəlif yoxlamalar aparılıb, binaya giriş təhlükəsizlik məqsədilə qadağan edilib.
Hazırda vəziyyətin stabilləşdirilməsi üçün zəruri addımlar atılır.
Şəbnəm Mehdizadə