Türkiyənin daha bir şəhərində meşə yanğını başladı


  • 1 Avqust 16:11

Türkiyənin Bursa şəhərində meşə yanır.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Yenişehir rayonunda meşəlik ərazidə naməlum səbəblərdən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə 2 helikopter, 8 su maşını, 4 su tankeri və 62 canlı qüvvə cəlb edilib.

Hazırda yanğına havadan və qurudan müdaxilə davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər