Kərgədanları brakonyerlərdən qorumaq üçün radioaktiv izotoplar istifadə olunacaq


  • 1 Avqust 17:16

Cənubi Afrikada kərgədanları brakonyerlərdən qorumaq üçün kampaniyaya start verilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, heyvanların buynuzlarına radioaktiv izotoplar vurulacaq.

Bu elementlər kərgədanlara zərər vermir, lakin brakonyerlər onu aparmağa cəhd edərlərsə, hava limanında daşınma zamanı buynuzu aşkar etməyə kömək edəcək.

Hətta kiçik konsentrasiyalarda belə, bu izotoplar hava limanlarında radiasiya detektorlarında görünəcək ki, bu da brakonyerləri həbs etməyə imkan verəcək.

İlkin olaraq inyeksiya 5 kərgədana tətbiq edilib, lakin gələcəkdə bu, kütləvi hal alacaq. Belə bir prosedur ilk dəfə ötən il 20 heyvan üzərində eksperiment şəklində həyata keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər