- 09:35
“Rusiya iyulun 31-nə keçən gecə Kiyevə ən qəddar hücumlardan birini həyata keçirib. Raket birbaşa hündürmərtəbəli binaya düşüb”.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.
Ukrayna lideri bildirib: “Rusiyanın hücumu nəticəsində 28 nəfər həlak olub. Onların arasında 2007, 2011, 2014, 2018 və hətta 2022-ci il təvəllüdlü beş uşaq da olub. 159 nəfər yaralanıb. Adi evlər, müəssisələr, hətta Kiyev məscidlərindən biri də hücuma məruz qalıb. Hərbi mənada heç bir şey yoxdur”.