- 09:01
Avqustun 5-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistana işgüzar səfərə yola düşəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Prezident BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrə həsr olunmuş üçüncü konfransında iştirak edəcək.
Konfrans çərçivəsində dənizə çıxışı olmayan ölkələr arasında regional əməkdaşlıq, dayanıqlı inkişaf və nəqliyyat bağlantıları kimi mövzuların müzakirə olunacağı gözlənilir.