Voronejdə silsilə partlayışlar baş verdi


  • 3 Avqust 09:18

Gecə saatlarında Rusiyanın Voronej şəhərinin səmasında və Novaya Usman kəndi yaxınlığında partlayışlar eşidilib.

E-huquq.az xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, səmada parlaq işartılar müşahidə olunub, bir neçə partlayış səsi eşidilib. Şahidlər iddia edirlər ki, pilotsuz uçuş aparatları (PUA) çox aşağıdan uçub və güclü səslər şəhərin bir neçə rayonunda eyni vaxtda eşidilib.

Bildirilir ki, bölgədə hava hücumundan müdafiə sistemi aktivləşdirilib.

Regionun rəhbəri Aleksandr Qusevin sözlərinə görə, Voronej vilayətinə PUA hücumu nəticəsində zərərçəkmişlərin sayı dörd nəfərə çatıb. Voronej şəhərində iki sakin xəstəxanaya yerləşdirilib, daha bir nəfərə yerində yardım göstərilib. Şəhər ətrafında isə bir kişi yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Oxşar xəbərlər