- 14:07
Yeni Zelandiyada avtobus səfəri zamanı sərnişinlərin baqaj bölməsində çamadanın içində 2 yaşlı qız uşağının tapılması ölkədə böyük rezonansa səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avtobus sürücüsünün çamadanın hərəkət etdiyini fərq etməsi ilə üzə çıxıb.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Sürücü çamadanı açdıqda içəridə tər içində qalmış azyaşlı qız aşkar edilib.
Polisin açıqlamasına əsasən, uşağın vəziyyəti ümumilikdə qənaətbəxşdir və onun bədənində ciddi xəsarət müşahidə olunmayıb.
Hadisə ilə bağlı 27 yaşlı qadın saxlanılıb.
Ona qarşı “uşağa qarşı pis rəftar və səhlənkarlıq” maddəsi ilə ittiham irəli sürülüb. Qadının uşaqla hansı əlaqəsinin olduğu isə hələlik açıqlanmayıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Şəbnəm Mehdizadə