Litva hökuməti istefa verdi


  • 13:14

Litva hökuməti ölkə prezidentini istefa verməsi barədə məlumatlandırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

"Bu qərar Nazirlər Kabinetinin Baş nazir Gintautas Palutskasın istefası haqqında xəbərlərdən sonra çağırılan xüsusi iclasda qəbul edilib", - məlumatda qeyd olunub.

Hökumət haqqında qanunun 9-cu maddəsinə əsasən, baş nazir istefa verdikdə, Litvanın Nazirlər Kabineti də istefa verməlidir. Hökumətin istefası prezident tərəfindən qəbul edilir.

Oxşar xəbərlər