- 16:14
Qərbi Afrikanın Qana ölkəsində meymunçiçəyi virusunun yayılması davam edir.
E-huquq.az xəbər verir ki, Qana Səhiyyə Xidmətinin açıqlamasında ölkədə 20 yeni yoluxma hadisəsinin qeydə alındığı bildirilib.
Bu, may ayından bəri ümumi yoluxma sayının 302-yə çatması deməkdir.
Açıqlamada qeyd olunub ki, son həftə ərzində müşahidə edilən yoluxma artımı ölkədə pandemiya dövründə ən yüksək həftəlik göstəricidir və bundan əvvəl ölüm hadisəsinin qeydə alınmadığı bu infeksiya üçün dönüş nöqtəsi hesab olunur.
Virusun əsasən yoluxmuş şəxslərlə yaxın fiziki təmas yolu ilə yayıldığı vurğulanaraq, əhalinin simptomları erkən tanıması və müvafiq orqanlara vaxtında məlumat verməsi üçün xəbərdarlıq edilib.
Qana hökuməti mayın 19-da bu il ilk dəfə 4 nəfərdə meymunçiçəyi virusunun aşkarlanmasını, iyulun 28-də isə virus səbəbindən ilk ölüm hadisəsinin baş verməsini açıqlamışdı.
Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək riskli qruplar arasında vaksinasiya kampaniyası davam etdirilir.
Şəbnəm Mehdizadə