ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi tərəfləri dialoqa çağırdı


  • 15:06

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Suriyadakı bütün tərəfləri dialoqa çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Barak Suriyanın Sueyda şəhəri ilə Hələbin şimal-şərqindəki Mənbic rayonunda dünən baş verən qarşıdurmalarla bağlı "X" sosial media hesabından açıqlama verib.

Barak Suriyada baş verən son qarşıdurmaları şərh edərək, "Bütün tərəfləri sakitliyə və mübahisələri dialoq yolu ilə, qan tökülmədən həll etməyə çağırırıq. Suriyalılar sülhə layiqdir" deyib.

"Diplomatiya şiddəti dayandırmaq və dinc və qalıcı həllə nail olmaq üçün ən yaxşı yoldur", - deyə o bildirib.

Barak deyib ki, ABŞ Sveydada həlli asanlaşdırmaqdan və Fransa ilə birlikdə şimal-şərqin vahid Suriyaya yenidən inteqrasiyasında vasitəçilik etməkdən qürur duyur.

Qeyd edək ki, dünən terror təşkilatı PKK/YPG-nin işğal altındakı ərazilərdən Hələbin şimal-şərqindəki Mənbic şəhərinin cənub çölünə təşkil etdiyi hücumda 7 nəfərin yaralandığı bildirilib. Sueydada qeyri-qanuni silahlı qrupların atəşkəsi pozaraq daxili təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində bir təhlükəsizlik zabiti həlak olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər