Cənubi Koreyada güclü yağışlar selə səbəb oldu, minlərlə insan təxliyə edildi


  • 16:01

Cənubi Koreyada bir neçə gündür davam edən güclü yağışlar nəticəsində sel və torpaq sürüşmələri baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr nəticəsində 1 nəfər həyatını itirib.

Güclü yağışlar əsasən Cənubi Çunçxonq, Cənubi Çolla, Cənubi Kyonqsanq və Şimali Kyonqsanq əyalətlərində təsirli olub.

Muan bölgəsində bir kişi sel sularına qapılaraq həyatını itirib. Hadisə yerli vaxtla dünən saat 20:00 radələrində baş verib.

Rəsmilər sel və torpaq sürüşmələrinin çoxsaylı bölgələrdə maddi ziyana səbəb olduğunu, bəzi yolların bağlandığını, infrastruktura ciddi zərər dəydiyini bildiriblər.

Əhalinin təhlükəsizliyi məqsədilə1 836 evdə yaşayan 2 523 nəfər təxliyə edilib.

Kore Meteorologiya Agentliyi güclü yağışların bu gün də Cənubi Kyonqsanq əyaləti və ətrafında təsirini göstərəcəyini bildirib.

Xatırladaq ki, iyul ayında ölkənin Çunçxonq və Qyonqqi əyalətlərində baş verən oxşar fəlakətlərdə 19 nəfər həlak olmuş, 14 min insan təxliyə edilmişdi. Cənubi Koreya Kənd Təsərrüfatı Nazirliyi həmin vaxt təxminən 29 448 hektar əkin sahəsinin su altında qaldığını və 1,8 milyon baş heyvanın tələf olduğunu açıqlamışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər