- 17:53
Rusiyanın Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktının birbaşa səbəbkarlarından 4 nəfəri günahlarını etiraf edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə 127 zərərçəkmişin nümayəndəsi vəkil Lyudmila Aivar məlumat verib.
“İttiham aktı elan edildikdən sonra terror aktının birbaşa iştirakçıları günahlarını tam etiraf etdiklərini və əməllərinə görə peşman olduqlarını bildiriblər”, - vəkil bildirib.
Vəkilin sözlərinə görə, terror aktını birbaşa həyata keçirən 8 ortaq günahlarını qismən etiraf edib.
Qeyd edək ki, Şəmsəddin Fariduni, Dalercon Mirzoyev, Mühəmmədsabir Fayzov və Saidəkrəmi Muradəli Rəcəbəlizadə zərərçəkənlərdən üzr istəyiblər.
Humay Eminqızı