- 17:53
İsrailin Qəzzaya hücumları nəticəsində xəstəxanalara son 24 saatda 94 ölü, 439 yaralı gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 9 440 fələstinli həyatını itirib, 37 986 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 60 933-ə, yaralıların sayı isə 150 027-yə çatıb.
Mayın 27-dən bəri İsrail-ABŞ-ın dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondunun qurduğu yardım paylama məntəqələrində fələstinliləri hədəf alan hücumlarda 1516 nəfər ölüb, 10067 nəfər yaralanıb.
Qəzza zolağında son 24 saatda daha 5 fələstinli aclıqdan ölüb. Bu səbəbdən ölənlərin sayı 93-ü uşaq olmaqla 180-ə çatıb.
Humay Eminqızı