- 17:53
Ukraynanın Lvov şəhərində otellərindən birində yanğın baş verib.
E-huquq.az Unian-a istinadən xəbər verir ki, yanğın yerli vaxtla 12:23 radələrində baş verib.. Yanğın ilkin olaraq binanın 9-cu mərtəbəsində başlayıb.
Əraziyə cəlb edilən xilasedicilər 15 nəfəri təxliyə ediblər.
İlkin məlumatlara görə 6 nəfər xəsarət alıb. Onlardan 2-i uşaqdır. Yaralılardan 1 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yanğın 300 kvadratmetr sahəni əhatə edib.
Hazırda yanğının səbəbləri araşdırılır.
Humay Eminqızı