İranda güclü zəlzələ oldu


  • 10:14

İranın Sistan və Bəlucistan əyalətinin yaxınlığında, Kerman əyalətinin Zaxkaluta rayonunda 5,4 maqnitudalı zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Tehran Universitetinin Geofizika Mərkəzi yayıb.

Yeraltı təkanların episentri 28 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin mərkəzi Zaxkalut yaşayış məntəqəsindən 47 km, Sistan və Bəlucistan əyalətindəki Həzrət Əbülfəzl məscidindən 64 km və Qolmurtidən isə 70 km məsafədə yerləşib.

Oxşar xəbərlər