Türkiyədə mikroavtobus uçuruma aşdı: 3 ölü, 18 yaralı


  • 11:09

Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Fındıq yığımında çalışmaq üçün yola çıxan kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus uçurumdan yuvarlanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 5-də səhər saat 04:55 radələrində baş verib. İlkin məlumata görə, sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib və mikroavtobus yüksəklikdən aşıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib, 18 nəfər isə xəsarət alıb. Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Baş vermiş qəza ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər