- 22:04
Türkiyənin Şanlıurfa şəhərində çoxmərtəbəli binada yanğın baş verib.
E-huquq.az xəbər verir ki, 10 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınan yanğın operativ şəkildə müdaxilə edən yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Hadisə zamanı iki bina sakini tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.
Yanğının səbəbi hələlik müəyyən olunmayıb.
Şəbnəm Mehdizadə