- 23:16
ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhərində keçirilən bir əyləncə gecəsində silahlı hücum baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 01:00 radələrində baş verib. Los Anceles Polis İdarəsinin rəsmisi bildirib ki, silahlı şəxs hücum edərək insanlara atəş açıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Hücum zamanı Gregory Derisso adlı şəxs hadisə yerində həyatını itirib. 52 yaşlı bir qadın isə xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Yaralanan 6 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin motivi və silahlı şəxsin kimliyi hələlik müəyyən olunmayıb. Polis hücumla bağlı araşdırmalara davam edir.
Los Ancelesin meri Karen Bass sosial media platforması "X"də verdiyi açıqlamada həlak olanların ailələrinə başsağlığı verib.
"Bu şəhərdə zorakılığa əsla dözümlülük göstərilməyəcək", - deyə o bildirib.
Şəbnəm Mehdizadə