Rusiyada əcnəbilər üçün dövlət rüsumları artırılır


  • 10 Avqust 10:18

Sentyabrın 1-dən Rusiyada əcnəbilərin qeydiyyatı, miqrasiya uçotu və iş icazələrinin rəsmiləşdirilməsi üzrə dövlət rüsumları dəyişəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarov məlumat verib.

Yeni rüsumlar belə olacaq:

Müvəqqəti qeydiyyat – 500 rubl (hazırda pulsuzdur)

Viza müddətinə bağlı olmayan qalma müddətinin uzadılması – 1 000 rubl

İş icazəsi və ya patentin verilməsi/uzadılması – 4 200 rubl

İcazə sənədinin dublikatı və ya dəyişiklik edilməsi – 2 100 rubl

Daimi yaşayış qeydiyyatı – 1 000 rubl (hazırda 420 rubl)

Maşarovun sözlərinə görə, bu dəyişikliklər qanuni əmək miqrantlarına ciddi təsir etməyəcək, lakin qeyri-qanuni miqrasiyanın azalmasına səbəb ola bilər.

Oxşar xəbərlər