Məzmuna keç

Ankarada avtobus aşdı, sürücü yaralandı – FOTO

Türkiyənin paytaxtı Ankaranın Gölbaşı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara-Konya avtomobil yolunda hərəkətdə olan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində əvvəlcə yolun ayırıcı zolağına və işıqlandırma dirəyinə çırpılıb, daha sonra aşıb.

Hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürən və bələdiyyə əməkdaşları cəlb olunub.

Qəza nəticəsində yaralanan sürücü xəstəxanaya çatdırılıb.

Şəbnəm Mehdizadə