Ermənistanda zəlzələ oldu


  • 10 Avqust 18:38

Bu gün Ermənistanın Geğarkunik vilayətində, Martuni şəhərindən 6 km şimal-qərbdə, ocağın dərinliyi 10 km, maqnitudası isə 2,1 olan zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmomüdafiə Xidməti şəbəkəsi tərəfindən məlumat yayılıb.

Epimərkəz zonasındakı yeraltı təkanların gücü 2–3 bal təşkil edib.

Zəlzələ Geğarkunik vilayətinin Tsakkar kəndində 2 bal gücündə hiss olunub.

Oxşar xəbərlər