Türkiyədə zəlzələ zamanı dağıntılar altından bir neçə nəfər çıxarılıb, ölən var - FOTO - YENİLƏNDİ


  • 00:48

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O, qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.

Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

***

Türkiyənin Balıkəsir bölgəsndə baş verən zəlzələ nəticəsində xəsarət alan 4 nəfərin müalicəsi davam etdirilir.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bildirib.

Nazir Memişoğlu sosial media hesabındakı açıqlamasında bildirib:

"Balıkəsirdə baş verən və ətraf vilayətlərdə də hiss edilən zəlzələdə xəsarət alan 4 nəfərin müalicəsi davam etdirilir və həyatları təhlükədə deyil. Komandalarımız sahədə işlərini davam etdirir, bütün aidiyyatı qurumlarla vəziyyəti yaxından izləyirik. Xəsarət alanlarımıza tezliklə şəfalar diləyirəm" - deyə, paylaşımda qeyd olunur

***

Türkiyədə baş verən zəlzələ nəticəsində Balikesir bölgəsində bəzi yaşayış binalarının dağıldığı qeyd olunur.

E-huquq.az xəbər verir ki, 4 nəfər dağıntılar altında qalıb. Onların xilas edilməsi üçün müvafiq addımlar atılır.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, zəlzələdən sonra maqnitudası 3 baldan yuxarı olan 7 afterşok qeydə alınıb.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində Balikesir bölgəsində bəzi yaşayış binalarının dağıldığı qeyd olunur.

E-huquq.az xəbər verir ki, 4 nəfər dağıntılar altında qalıb. Onların xilas edilməsi üçün müvafiq addımlar atılır.

Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra aidiyyəti bütün qurumların fəaliyyətə keçdiyini, zəruri addımlar atıldığını və bu fəaliyyətləri yaxından izlədiyini deyib.

İstanbul Valiliyinin verdiyi açıqlamada hazırda şəhərdə hər hansı mənfi halın qeydə alınmadığı, sahə yoxlamalarına başlanıldığı bildirilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Balıkesirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb.

"AFAD və digər aidiyyəti qurumlarımızın bütün komandaları dərhal əraziyə göndərilib və sahədə araşdırmalara başlayıblar. Hazırda hər hansı mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”, - nazir qeyd edib.

***

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.

E-huquq.az-ın xəbərinə görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Ali Yerlikaya dağıntılar altında qalan 1 nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatının davam etdiyini nəzərə çatdırıb.

***

Türkiyənin İstanbul şəhərində 6,1 bal gücündə zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb. Zəlzələnin episentri Balikesir qəsəbəsində qeydə alınıb. Zəlzələ Mərmərə və Ege bölgələrində də hiss olunub.

İtkilər barədə məlumat verilmir.

Oxşar xəbərlər