- 15:15
Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda ötən gün baş verən 6,1 bal gücündə zəlzələ səbəbilə vilayət üzrə fəaliyyət göstərən yay məktəblərində dərslər bir günlük dayandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Balıkesir Valiliyindən məlumat verilib.
Rəsmi açıqlamada zəlzələnin yaratdığı narahatlıq nəzərə alınaraq, 11 avqust bazar ertəsi günü yay məktəblərində tədrisə bir günlük fasilə verildiyi bildirilib.
Bundan əlavə, valiliyin açıqlamasında qeyd olunub ki, dövlət qurumlarında çalışan hamilə qadınlar və fiziki məhdudiyyətli şəxslər də həmin gün üçün məzuniyyətli sayılacaqlar.
Şəbnəm Mehdizadə