Türkiyənin paytaxtı Ankarada 3,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələ Etimesqut rayonunda bu gün səhər saat 06:33-də qeydə alınıb.
Zəlzələnin episentri yerin 4,68 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar paytaxtın digər bəzi bölgələrində, o cümlədən Çankaya və Altındağ rayonlarında da hiss olunub.
Hazırda zəlzələ nəticəsində hər hansı bir dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə
