- 15:15
Türkiyənin Aydın şəhərində Kuşadası-Söke avtomobil yolunda çökmə baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb və əraziyə xəbərdaredici nişanlar yerləşdirilib.
Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə