- 19:48
İyunun 26-da ABŞ-də bir evə çırpılaraq damını deşən meteoritin Yerdən daha yaşlı olduğu ortaya çıxıb.
E-huquq.az xəbər verir ki, Corciya Dövlət Universitetinin araşdırması zamanı meteoritin 4,56 milyard il yaşı olduğu müəyyən edilib.
Belə ki, o Yerdən təxminən 20 milyon il yaşlıdır.
Qeyd edək ki, meteoritin düşdüyü evin sahibləri evin ətrafında hələ də meteoritin qalıqlarını tapdıqlarını bildiriblər.
Humay Eminqızı