Dünyanın ən bahalı qəhvəsi - Kiloqramı 1000 dollardır


  • 16:58

Gərgin iş həyatı, uzun iş saatları və yuxusuz gecələrin xilaskarı olan qəhvə, milyonlarla insan üçün gündəlik enerjinin əvəzolunmaz mənbəyinə çevrilib. Lakin bu məşhur içkinin ən bahalı versiyası haqqında məlumatınız varmı? Kilosu min dollara qədər çatan bu qəhvə, həm istehsal üsulu, həm də dadı ilə seçilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəhvə əsrlərdir insanların həyatında mühüm yer tutur. Zamanla ənənəvi qəhvə mədəniyyəti daha sürətli və praktik formaya keçsə də, keyfiyyətli və spesifik qəhvə növlərinə olan maraq azalmayıb. Bu marağın zirvəsində isə dünyanın ən bahalı qəhvəsi – "Kopi Luwak" dayanır.

Dünyanın ən nadir və bahalı qəhvəsi hesab edilən "Kopi Luwak" İndoneziya mənşəlidir və onun istehsal prosesi olduqca qeyri-adi və xüsusi üsullara əsaslanır.

Bu qəhvə növünün hazırlanmasında "misk pişiyi" adlı heyvan mühüm rol oynayır. Pişiklər təbii şəkildə qəhvə meyvəsinin ən yetişmiş və keyfiyyətli dənələrini yeyirlər. Dənələr heyvanın həzm sistemindən keçərkən fermentasiya olunur və xüsusi enzimlər təsiri ilə kimyəvi dəyişikliklərə uğrayır. Daha sonra bu dənələr xaric olunur, gigiyenik şəkildə təmizlənir və qovrularaq içməyə hazır qəhvə halına gətirilir.

Bu qeyri-adi proses, məhdud istehsal həcmi və yüksək emal xərcləri "Kopi Luwak"ın baha olmasına səbəb olur. Hazırda bu qəhvənin bir kiloqramı 500–1000 ABŞ dolları arasında dəyişir.

1. Türk qəhvəsinə bənzər tərkibə malikdir. İlk baxışda qeyri-adi görünsə də, "Kopi Luwak" qəhvəsinin hazırlanma üsulu nəticəsində əldə olunan içki Türk qəhvəsinə bənzəyir. Dənələrin emalı və dad xüsusiyyətləri onu klassik qəhvələrdən fərqləndirir.

2. Yumuşaq içim və şokolad notları. Sərt və acı qəhvələrdən fərqli olaraq, "Kopi Luwak" olduqca yüngül və hamar içimə malikdir. Dadım zamanı incə şokolad ətirli notlar hiss olunur ki, bu da onu premium qəhvələr arasında unikal edir.

3. Daha az bakterioloji risk. Qəhvənin heyvanın həzm sistemindən keçməsi təəccüblü görünsə də, emal və dezinfeksiya prosesləri sayəsində bu qəhvə digər növlərə nisbətən daha az bakteriya ehtiva edir.

4. Məhdud sayda istehsal olunur. "Kopi Luwak" yalnız müəyyən bölgələrdə və nəzarətli şəraitdə saxlanılan misk pişikləri vasitəsilə istehsal olunur. Bu da həm məhsulun nadirliyini, həm də yüksək keyfiyyətini təmin edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər