- 19:48
Gürcüstan prezidenti Mixail Kavelaşvili Türkiy əprezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin kommunikasiya direktoru Burhanəddin Duran məlumat verib.
Kavelaşvilinin avqustun 12-13-də Türkiyəyə rəsmi səfər edəcəyini bildirilib.
“Səfər zamanı biz cari regional və qlobal hadisələr, eləcə də strateji tərəfdaşımız Gürcüstanla bütün sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparacağıq”, - Duran bildirib.
Humay Eminqızı